Masallıda qətldə şübhəli bilinən şəxs saxlanıldı
    • 20-05-2024, 23:13
    • 238

Masallıda qətldə şübhəli bilinən şəxs saxlanıldı


Mayın 20-də saat 20 radələrində Masallı rayonunun Şıxlar kəndi ərazisində rayonun Qasımlı kənd sakini, 1971-ci il təvəllüdlü Seymur Alışanovun ov silahı və kəsici alətlə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən həmkəndlisi, 1994-cü il təvəllüdlü Aslan Ağazadə saxlanılıb.

Hadisə şəxsi münaqişə zəminində baş verib. Araşdırma aparılır.