-
- 21-05-2024, 10:31
- 360
Təbrizdə Rəisi ilə vida mərasimi başladı - VİDEO
Ölkənin şimal-qərbində yerləşən Təbriz şəhərində helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla vida mərasimi başlayıb.
News24.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb .
Onun sözlərinə görə, yürüşdə bir neçə min insan iştirak edir. Böyük əksəriyyəti matəm rənglərində geyinib. Dəfn mərasiminin İranın digər şəhərlərində də keçiriləcəyi qeyd edilir.
Təbrizdən sonra həlak olanların cənazələri olan tabutlar paytaxt məscidində ümumi cənazə namazı üçün Tehrana göndəriləcək. Rəisi məmləkəti Məşhəddə İmam Rza məqbərəsində dəfn olunacaq.
Günel Məlikzadə