Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçirilir - VİDEO
    • 21-05-2024, 10:37
    • 134

Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçirilir - VİDEO

Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçirilir.

News24.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Nazirlər Kabineti Aparatının, Milli Məclisinin Aqrar Siyasət Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər vəzifəli şəxsləri, habelə Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının, FAO-nun və digər beynəlxalq təşkilatların rəhbər şəxsləri iştirak edirlər.

Forumun əsas məqsədi bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması, mövcud zərərvericilərə qarşı mübarizə və onların idarə olunması yolu ilə bitki sağlamlığının möhkəmləndirilməsi, bitki və bitkiçilik məhsullarının istehsalı və təhlükəsiz ticarətinin genişləndirilməsi, qlobal ərzaq təhlükəsizliyinin və biomüxtəlifliyin qorunması üçün milli bitki sağlamlığı qurumları, regional və beynəlxalq təşkilatlar, dövlət qurumları, universitetlər və istinad laboratoriyaları üçün əməkdaşlıq platformasının təmin edilməsidir.

Qeyd edək ki, forum iki gün davam edəcək və formun işinə mayın 22-də yekun vurulacaq.

Mehriban