“Aflatoksinsiz fındıq istehsalının yolları” mövzusunda maarifləndirici təlim keçiriləcək
    • 5-09-2019, 17:43
    • 1 551

“Aflatoksinsiz fındıq istehsalının yolları” mövzusunda maarifləndirici təlim keçiriləcək

Zaqatala şəhərində Şəki-Zaqatala bölgəsində fəaliyyət göstərən fındıq istehsalçıları və ixracatçılarına “İxracata dəstək layihəsi” çərçivəsində “Aflatoksinsiz fındıq istehsalının yolları” mövzusunda maarifləndirici təlim keçiriləcək.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən News24.az-a verilən məlumata görə, məqsəd bitkiçilik məhsullarının beynəlxalq dövriyyəsini məhdudlaşdıran amillər, fındıq məhsullarının dövriyyəsinin tənzimlənməsində müasir tələblər, aflatoksinsiz fındıq istehsalı barədə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə ölkədə qida təhlükəsizliyinin təmin edilməsindən ibarətdir.

Təlim Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti sədrinin müşaviri Camal Quliyev tərəfindən aparılacaqdır.

Bu cür maarifləndirmə təlim-seminarların keçirilməsi ixrac olunan fındıq məhsullarının geri qaytarılma hallarının minimuma endirilməsinə və fındıq məhsulları üzrə dəyər zəncirinin bütün mərhələlərində səmərəli nəzarət mexanizminin təkmilləşdirilməsinə səbəb olacaqdır.

Təlim zamanı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən fındıq istehsalı və emalı müəssisələrində sahibkarlara praktiki bilgilərin və müvafiq maarifləndirici materialların verilməsi nəzərdə tutulur.

Tədbirdə istirak etmək istəyənlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektoruna, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Bitki xəstəlikləri və bitki mənşəli məhsulların tədqiqi sektoruna və Şəki Regional bölməsinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektoruna müraciət edə bilərlər.

Əlaqə nömrəsi: (012) 565 12 72, daxili nömrələr: (AQTA) 231, (AQTİ) 537, (Şəki Regional bölməsi) 663.