Dünyanın qida ekspertləri BAKIYA GƏlƏÇƏK
    • 9-09-2019, 13:30
    • 953

Dünyanın qida ekspertləri BAKIYA GƏlƏÇƏK

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri Moldovanın Kişnyov  şəhərində keçirilən Mərkəzi və Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin, o cümlədən Bitki karantini üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) ekspert qrupunun iclasnda iştirak edib. 

AQTA-dan News24.az-a veriləən məlumata görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Beynəlxalq Bitki Mühafizəsi Təşkilatının dəstəyi ilə baş tutan tədbirdə ümumilikdə 27 ölkədən  45  nümayəndə iştirak edib.

Tədbirdə iştirakçı ölkələrin hər biri üzrə  milli bitki mühafizəsi təşkilatlarının vəzifə öhdəlikləri və səlahiyyətləri, fitosanitar vəziyyəti, beynəlxalq daşımalar zamanı fitosanitar tələblərə əməl olunması,  fitosanitar tədbirlər üzrə 5, 8, 15, 38, 42 nömrəli  beynəlxalq standartların müasir tələblərə uyğunlaşdırılması, yeni standartların və metodikaların hazırlanması məsələləri müzakirə olunub.
İclasın sonunda növbəti regional tədbirin 2020-ci ilin 1-5 sentyabr tarixlərində Bakıda keçirilməsi qərara alınıb.