-
- 21-05-2024, 16:07
- 311
"İsrail və ABŞ Fələstin dövlətinin yaradılmasına mane olur"
Lavrov Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri toplantısından sonra mətbuat konfransı keçirib.
News24.az xəbər verir ki, nazirlərin görüşündə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdiklərini deyən Lavrov Fələstin dövlətinin yaradılmasının vacibliyinə işarə edib.
Lavrov, "Biz ortaq bir fikrə gəldik ki, Fələstin dövləti qurulmadan Avrasiyanın bu bölgəsində təhlükəsizliyin təmin edilməsi mümkün deyil. Həm İsrail, həm də İsraili dəstəkləyən ABŞ Fələstin dövlətinin yaradılması hər cür yolla bu prosesin qarşısını almağa çalışır” deyib.
Günel Məlikzadə