-
- 12-10-2023, 18:03
- 292
“Moskva ümid edir ki, Fələstin-İsrail münaqişəsinin sonunda.." - LAVROV AÇIQLADI
“Ümid edirik ki, tezliklə bu münaqişə sona çatdıqda, hər kəs BMT-nin təsdiq etdiyi prinsiplərə əsaslanan Fələstin dövlətinin yaradılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi üçün məsuliyyət daşıyacaq”.
News24.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Moskva ümid edir ki, Fələstin-İsrail münaqişəsinin sonunda BMT Təhlükəsizlik Şurasının qərarına əsasən, suveren Fələstin dövləti yaradılacaq”.
Rusiya Prezidenti Vladimir Putin də suveren Fələstin dövlətinin yaradılmasının tərəfdarı olduğunu bəyan edib.
Ayşən