Kerem Bürsin: Serenaya heyranam
    • 22-05-2024, 13:03
    • 415

Kerem Bürsin: Serenaya heyranam

Məşhur fotoqraf Mert Alaşın təşkil etdiyi gecəyə bir çox tanınmış isim qatılıb. Aktyor Kerem Bürsin keçmiş sevgilisi Serenay Sarıkaya ilə görüşüb.

News24.az xəbər verir ki, Bürsin Sarıkaya haqqında "Serenaya pərəstiş edirəm. O, gözəl insandır və onu çox sevirəm. Gözəl dostluğumuz var. Ona görə də rastlaşanda salamlaşıb söhbət edirik" deyib.

Qeyd edək ki, gecədə Sarıkayanın keçmiş sevgilisi Çağatay Ulusoy da olub.

Bürsinə "Çağatay Ulusoy da məkanda idi. Onunla da danışdınızmı?" deyə sual verilib.

O, isə "Onunla təzə tanış olduq. O da çox şirin insandır" deyə cavablayıb.

Günel Məlikzadə