15 qoyun şagird kimi qeydiyyata alındı ŞOK SƏBƏB
    • 9-05-2019, 11:03
    • 1 515

15 qoyun şagird kimi qeydiyyata alındı ŞOK SƏBƏB

15 qoyun şagird adı ilə qeydiyyata alınıb. 

News24.az xarici mediaya istinadən xəbər verir ki, tragikomik hadisə Fransanın İzer Departamentindəki Krets-an-Belldon kommunasının ibtidai məktəbində yaşanıb. Şagird sayının aşağı düşməsinə görə siniflərin sayının azaldılması valideynlərin etirazına səbəb olub. Məktəb önündə aksiya keçirən valideynlər övladlarının digər siniflərə keçiriləcəyi təqdirdə təhsil keyfiyyətinin aşağı düşəcəyini bildiriblər. Onlar "Biz qoyun deyilik", "Məktəbi idarə et, sürünü yox" şüarları ilə çıxış ediblər. 

Şəhər meri Jan-Lui Mare şikayətçilərin tərəfindən çıxış edərək, həmin məktəbdə sinifin ləğv edilməməsi üçün 15 qoyunu şagird kimi siyahıya almağı təklif edib. Hər şeyin qaydalara uyğun olması üçün çoban həmin heyvanıların sənədlərini də merə təhvil verib.