Məşhur seysmoloqdan şok xəbərdarlıq:
    • 22-05-2024, 22:30
    • 207

Məşhur seysmoloqdan şok xəbərdarlıq: "Türkiyədə yer yerindən oynayacaq"

Türkiyəli alim, zəlzələ mütəxəssisi Naci Görürün İstanbulda keçirilən zəlzələ və şəhər çevrilmə panelində çıxışı müzakirələrə səbəb olub.

News24.az Publika.az-a istindən xəbər verir ki, alim zəlzələ ilə bağlı iddialı fikirlər səsləndirib.

O, 2 il sonra Türkiyədə dəhşətli zəlzələnin olacağı ilə bağlı xəbərdarlıq edib.

"Türkiyə zəlzələ ölkəsidir. Bunu qəbul edək. Əgər belədirsə, zəlzələyə davamlı məskunlaşma sahələri tikək. Bu problemi kökündən həll etməliyik", - Naci Görür bildirib.

Alim Mərmərə bölgəsində 7,5 bal gücündə zəlzələ proqnozlaşdırdığını açıqlayıb: "Mərmərə dənizindəki fay sistemi Şimali Anadolu xəttinin 160 kilometr uzunluğunda şimal qoludur. Sonuncu dəfə bu qırılma xəttində zəlzələ 1766-cı ildə baş verib. Orada hər 250 ildən bir zəlzələ baş verir. 1766-cı ilin üzərinə 250 gəlsək, 2026 edəcək. Bu halda yer yerindən oynayacaq. Bu səbəbdən biz “İstanbulu zəlzələyə hazırlayın. Mərmərə bölgəsinə və İstanbula diqqət edin” deyirik".