Şəmkirdəki güllələnmə buna görə baş verib – İlginc səbəb
    • 22-05-2024, 19:00
    • 193

Şəmkirdəki güllələnmə buna görə baş verib – İlginc səbəb

Şəmkirdə yeznənin qaynını güllələməsinin təfərrüatı məlum olub.

News24.az “Unikal”a istinadən xəbər verir ki, Alavaşlı kənd sakini Naib Həsənovun toyuqları yeznəsi Mais Ələkbərovun həyətinə keçib. Bu zaman qohumların arasında mübahisə düşüb. Dava zamanı Mais Ələkbərov Naib Həsənovu döyüb. Bundan əsəbiləşən Naib yeznəsi Mias Ələkbərovu özünə məxsus ov tüfəngindən atəş açaraq yaralayıb.

Hadisəni törədən Naib Həsənov polis tərəfindən saxlanılıb.