-
- 26-01-2024, 12:20
- 322
Gəncədəki qətlin bəzi təfərrüatları məlum oldu - 30 manat borca görə...
Gəncədə törədilmiş qətlin bəzi təfərrüatları bəli olub.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, 28 yaşlı Yaqub Həsənovun 38 yaşlı Vasif Həsənovu bıçaqlayaraq qətlə yetirməsinə səbəb onların arasında borc məsələsi olub.
İlkin məlumata görə, Vasif Həsənov şəhər ərazisində xeyir-şər çadırları icarəyə verməklə məşğul olub.
Yaqub Həsənovun mərhuma 230 manat məbləğində borcu olub. Borcun 200 manat ödənilsə də 30 manat ödənilməmiş qalıb. 30 manat borca görə onların arasında mübahisə düşüb, mübahisə zamanı Yaqub Həsənov əlində olan kəsici alətlə Vasif Həsənovu vurub.
Vasif Həsənov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Yaqub Həsənov isə əməliyyat tədbirləri ilə saxlanılaraq istintaqa təhvil verilib.