Aydın Mirzəzadə həmkarına etiraz etdi:
    • 9-05-2019, 12:56
    • 1 164

Aydın Mirzəzadə həmkarına etiraz etdi: "O uşağın ailəsinə yardım etmək lazım idi..."

Milli Məclisin deputatı Aydın Mirzəzadə həmkarı Rasim Musabəyovun "Azneft" meydanındakı yeraltı keçiddə uşağın popkorn satması ilə bağlı etdiyi etirazlara münasibət bildirib.

News24.az
“Report”a istinadla xəbər verir ki, millət vəkili bu məsələdən çox təsirləndiyini vurğulayıb:

“O uşağı oradan aparatı ilə çıxartmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi. Əgər valideynlərin biri yox idisə və ya işləmək qabiliyyətləri yoxdursa, o ailəyə sosial yardım verilməsinə nail olmaq lazım idi. Bütün bunlardan əvvəl isə yaxınlaşıb uşaqdan popkorn almaq lazım idi ki, verdiyimiz puldan ona həmin gün azacıq da olsa, pul qalaydı”.

Qeyd edək ki, deputat Rasim Musabəyov “Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə uşağın popkorn satmasına etiraz edərək azyaşlının vergidən yayındığını, ətrafı popkorn qoxusu bürüdüyünü bildirib. Nəticədə uşaq popkorn aparatı ilə birlikdə ərazidən çıxarılıb.