Pərvin bu aktyora görə “Təhminə”dən imtina edib – FOTO
    • 23-05-2024, 21:23
    • 162

Pərvin bu aktyora görə “Təhminə”dən imtina edib – FOTO

Aktrisa Pərvin Abıyeva “Təhminə və Zaur” serialı ilə bağlı maraqlı açıqlama verib.

News24.az olay-a istinadən bildirir ki, Pərvin “Rəngarəng səhər” verilişində Təhminə rolundan imtina etmə səbəbindən danışıb. O bildirib ki, Zaur obrazını oynayan Cövdət Şükürovu o rola uyğun görməyib:

“Təhminə və Zaur”un serialı çəkilirdi. İmtina etdim. Aktyor çox peşəkar idi, amma rola uyğun deyildi. Mənim əvəzimə Natavan ( Natavan Gümet – oxu)  oynadı, mən imtina etdim.

Həm də “Təhminə və Zaur”un seriallaşıb, bayağılaşmağını istəmədim. Nə etsələr də, alınmayacağını bilirdim. Ona görə özümü orada həba etmək istəmədim. Böyük faktorlardan biri isə aktyorun sarışın olmağı idi. Cövdəti çox sevirəm, amma o rola uyğun deyildi. Nə özümü, nə də Cövdəti o layihəyə uyğun gördüm. Həmçinin ikimizi orada görmədim”.