-
- 24-05-2024, 09:20
- 321
Torpaq sürüşməsi: Ölənlər var
Sakit okeanın cənubunda yerləşən Papua Yeni Qvineyada torpaq sürüşməsi baş verib.
News24.az xəbər verir ki, paytaxt Port Moresbidən 600 kilometr şimal-qərbdə yerləşən Enqa əyalətinin Kaokalam kəndində gecə saatlarında torpaq sürüşməsi baş verib.
Şahidlər torpağın altında qalan 100-dən çox insanın öldüyünü bildirsələr də, itkilər hələ rəsmi orqanlar tərəfindən təsdiqlənməyib.
Sosial şəbəkələrdə yayılan videolarda dağın zirvəsindən qopan qaya kütləsinin yamacdakı torpağı sürüyərək kənddəki evlərin üzərinə qalaqlandığı görülüb.
Günel Məlikzadə