-
- Bu gün, 00:06
- 159
Kəklikotunun faydaları
Kəklikotu süfrələrin bəzəyi olmaqla yanaşı, bir çox müalicəvi xüsusiyyətləri var.
News24.az hit.az-a istinadla xəbər verir ki, kəklikotu iştahı açır, həzmi asanlaşdırır, qurdları azaldır.
Bununla yanaşı, qazı aradan qaldırır və bağırsaqları sakitləşdirir.
Kəklikotu antibakterialdır. Buna görə də bakteriya və göbələklərin yaratdığı infeksiyalar və xəstəliklərlə mübarizə aparmaq üçün istifadə olunur.
Kəklikotu çayı dərini və digər səthləri dezinfeksiya etmək üçün də istifadə olunur. Bu çay bronxit, göy öskürək və astmanın müalicəsində istifadə olunur.
Kəklikotunun antiseptik və antibiotik xüsusiyyətləri olduğu üçün o öskürək və bronxit kimi tənəffüs yolları və soyuqdəymə və boğaz ağrısı kimi tənəffüs yolları xəstəlikləri üçün çox faydalıdır.
Kəklikotu həm də dəmir mənbəyidir. Dəmir bədəndə qırmızı qan hüceyrələrinin böyüməsi və inkişafı üçün vacibdir. Çünki, dəmir çatışmazlığı anemiyaya səbəb ola bilir.
Kəklikotu çayı həzm sistemi üçün əla təmizləyici bitkidir və bəzi bağırsaq qurdlarını və yumru qurdları məhv edir. Yağlı qidaları rahat həzm etdirir.