Tayvan: 49 Çin hərbi təyyarəsi və 26 gəmi göründü
    • 24-05-2024, 10:34
    • 281

Tayvan: 49 Çin hərbi təyyarəsi və 26 gəmi göründü

Çinin Tayvan adası və ona bağlı adaları əhatə edən hərbi təlimi zamanı adanın ətrafında 49 Çin hərbi təyyarəsi və 26 gəmi aşkarlanıb.

News24.az xəbər verir ki, bu baradə Tayvan Müdafiə Nazirliyi hesabat dərc edib.

Nazirlik tərəfindən dərc edilən xəritədə, təyyarənin Tayvanın şimal ucundakı Keelunq əyalətindən 40 dəniz mili (74,08 kilometr) və cənub ucunda Pingtung əyalətindən 57 dəniz mili (105,5 kilometr) məsafədə yaxınlaşdığı görülüb.

Digər tərəfdən, adanın ətrafında 19-u Çin donanmasına, 7-si isə Çin sahil mühafizəsinə aid 26 gəminin aşkarlandığı qeyd edilib.

Tayvan boğazında "orta xətt" tərəflərin təsir sahələrini məhdudlaşdırdığı güman edilən hava və dəniz xəttinə aiddir.

Çin adanı mühasirəyə alaraq hərbi təlimlər keçirir

Uçuşlar və gəmi patrulları Çinin dünən adanın ətrafında başladığı hərbi təlimin bir hissəsini təşkil edir.

Pekin administrasiyası Tayvanın yeni lideri Lai Çinq-tenin vəzifəyə başlamasından 3 gün sonra ada ətrafında hərbi təlimlərə başladığını açıqlayıb.

Çin Xalq Azadlıq Ordusunun Şərq Cəbhəsi Komandanlığı "Birgə Qılınc-2024A" adlı 2 günlük təlimin Tayvan boğazı ətrafında, Tayvan adasının şimal, cənub və şərq bölgələri ilə Kinmen, Matsu, Materik yaxınlığındakı Vuchiu və Dongyin adaları ətrafında olacağı bildirilib.

Çin ordusunun quru, hava, dəniz və raket qüvvələrinin birliklərinin qatıldığı təlimin “müstəqilliyə qarşı hərəkətləri cəzalandırmaq” və “xarici güclərin müdaxiləsinə qarşı xəbərdarlıq” məqsədi daşıdığı vurğulanıb.

Tayvan Müdafiə Nazirliyi öz bəyanatında təlimi pisləyib və bunun "Çinin təcavüzkar hərbi zehniyyətini üzə çıxardığını" və "regional sülh və sabitliyə zərər verəcəyini" bildirib.

Günel Məlikzadə