Plenar iclasın gündəliyində dəyişiklik
    • 24-05-2024, 11:38
    • 187

Plenar iclasın gündəliyində dəyişiklik

Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə dəyişiklik edilib.

News24.az-ın məlumatına görə, iclasın gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi əlavə edilib.

Bununla da parlamentin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən məsələlərin sayı 7 olub.