-
- 24-05-2024, 14:37
- 352
Tibb bacısı 7 körpəni öldürdü - İDDİA
Britaniyalı tibb bacısı Lüsi Letbi yeddi körpəni öldürməkdə və daha altı körpəni öldürməyə cəhddə ittiham olunduğunu ləğv etmək təklifini uduzub.
News24.az NTV-yə istinadən xəbər verir ki, aprel ayında keçirilən məhkəmə iclasında Letbi dörd apellyasiya şikayəti qaldıraraq, hakimin məhkəmə zamanı onun ərizələrini səhvən rədd etdiyini iddia edib.
Bu gün çox qısa bir iclasda Apellyasiya Məhkəməsi Letbinin şikayətinin rədd edildiyini açıqlayıb. Hüquqi səbəblərdən daha ətraflı məlumat verilməyib.
Letb gələn ay Mançester Crown Məhkəməsində adam öldürməyə cəhdə görə yenidən mühakimə olunacaq.
NƏ BAŞ VERMİŞDİ?
İngiltərədə Lucy Letbi adlı tibb bacısı neonatal bölmədə yeddi körpəni öldürməkdə günahkar bilinib. Letby ölkənin müasir tarixində ən çox körpə öldürən uşaq qatili olub.
33 yaşlı tibb bacısı da altı körpəni öldürməyə cəhddə təqsirli bilinib.
Sözügedən neonatal bölmədə bir il ərzində 13 ölüm baş verib və bu ölümlərin hər birində Lüsi Letbi vəzifə başında olub.
Günel Məlikzadə