Putin təklifi rədd etdi - Makron əsəbiləşdi
    • 24-05-2024, 20:20
    • 163

Putin təklifi rədd etdi - Makron əsəbiləşdi

Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putini Olimpiya Oyunları zamanı atəşkəs təklifini rədd etdiyinə görə tənqid edib.

News24.az axar.az-a istinadən bildirir ki, bu barədə CNBC məlumat yayıb.

O bildirib ki, Putinin mövqeyi onun atəşkəsə hazır olmadığını göstərir:

"Bu, anlamaq üçün vacib bir məqamdır, çünki indiyədək Putin sülhə açıq olduğunu bəyan edib. Putinə indi konkret sülh təklifi var, lakin onu rədd edir. Buna görə də dünyada hər kəs başa düşür ki, o öz müharibəsini başlamağa qərar verib və sülhə hazır deyil".