Mask gələcək müharibələrlə bağlı PROQNOZ VERDİ - Kim qalib gələcək?
    • 24-05-2024, 21:00
    • 154

Mask gələcək müharibələrlə bağlı PROQNOZ VERDİ - Kim qalib gələcək?

Gələcək müharibə və hərbi münaqişələrdə həlledici rol oynayacaq pilotsuz təyyarələrin keyfiyyətindən çox şey asılı olacaq.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu proqnozu amerikalı sahibkar və iş adamı İlon Mask "X" sosial şəbəkəsindəki səhifəsində verib.

"Gələcəkdə müharibələr həqiqətən də pilotsuz təyyarələrin müharibələri olacaq", - deyə İlon Mask qeyd edib.

“Dəqiq desək, bu, bir ayda istehsal olunan dron sayının öldürülən insanların orta sayına vurulmasıdır. Ən çox xal toplayan tərəf qalib gəlir”, - deyə o əlavə edib.