-
- 24-05-2024, 17:23
- 240
Putin Lukaşenko ilə görüşdü
Rusiya prezidenti Vladimir Putin iki günlük səfəri çərçivəsində Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşmək üçün Minskə səfər edib.
News24.az xəbər verir ki, Belarusun paytaxtında rəsmi mərasimlə qarşılanan Putin müttəfiqi Lukaşenko ilə təhlükəsizlik və taktiki nüvə silahı təlimləri ilə bağlı müzakirələr aparıb.
Minsk döyüş meydanlarında istifadə üçün daha kiçik nüvə başlıqları ilə silahların buraxılmasına hazırlıqların simulyasiyasına yönəlmiş təlimlərdə iştirak edəcək.
Rusiya xəbər agentliklərinin dünən axşam verdiyi məlumata görə, Putin Moskvada Nazirlər Kabinetinin iclasında Belarusla əməkdaşlıq məsələlərini müzakirə edib.
“Bu gün və sabah biz bütün bunları, o cümlədən mühüm əhəmiyyət verdiyimiz təhlükəsizlik məsələlərini müzakirə edəcəyik. Danışacaq çox şey var. Bizim üçün hər şey sabitdir və yaxşı gedir", - Putin bildirib.
Günel Məlikzadə