X-dən yeni funksiya
    • 24-05-2024, 17:40
    • 201

X-dən yeni funksiya

İlon Maskın sosial media platforması X istifadəçiləri təəccübləndirəcək dəyişikliklə gizli bir xüsusiyyət təqdim edir.

News24.az xəbər verir ki, X "bəyənmə"ləri gizlədərək istifadəçiləri təəccübləndirəcək dəyişikliyə hazırlaşır. Ancaq X üçün təqdim edilən gizli bəyənmə xüsusiyyəti ilə istifadəçilərin sevdikləri məzmunu və əlfəcinləri ayırd etməkdə çətinlik çəkəcəyi bildirilir. 

X platformasının gizli xüsusiyyəti istifadəçiləri daha çox "cəsarətli" məzmunu (böyüklər və ya mübahisəli siyasi məzmun) bəyənməyə təşviq etmək məqsədi daşıyır. Ancaq bu funksiya tam da özəl  olmayacaq. Yəni istifadəçilər kimin bəyəndiyini və neçə bəyənmə aldığını görə biləcəklər. Bu, təbii olaraq istifadəçilərin hələ də mübahisəli məzmunu bəyənməkdə tərəddüd etmələrinə səbəb ola bilər.

Qeyd edək ki, gizli xüsusiyyət əvəzinə, X-də istifadəçilərin yazıları şəxsi saxlamaları üçün artıq əlfəcinləmə funksiyası var. Əlfəcinlər yenidən baxmaq istədiyiniz yazıları toplamaq və ya daha sonra oxumaq istədiyiniz başlıqları saxlamaq üçün istifadə olunur. Buna görə də sirr kimi bir xüsusiyyət təqdim etməyin lazımsız bir yenilik olduğu düşünülür.

Günel Məlikzadə