"İnstagram"da hər kəsin gözlədiyi yenilik - İzləyicilərinizi...
    • 19-04-2023, 08:56
    • 337

"İnstagram"da hər kəsin gözlədiyi yenilik - İzləyicilərinizi...

Sosial media nəhəngi "Instagram" istifadəçilərin uzun müddətdir gözlədiyi funksiyanı nəhayət işə salır.

News24.az xəbər verir ki, yenilənmə ilə istifadəçilər artıq izləyicilərini gizlədə biləcəklər. Beləliklə, insanlar izləyici sayını göstərmədən öz hesablarını daha sərbəst və rahat idarə edə biləcəklər.

"Instagram" bu xüsusiyyəti ilə istifadəçilərin təhlükəsizliyi və məxfiliyinə olan həssaslığını da ortaya qoyub.

Bu funksiya xüsusilə influenserlər və sosial media fenomenləri üçün əhəmiyyət kəsb edəcək. 

Ancaq bu funksiyadan istifadə etmək istəməyənlər də ola bilər. Buna görə də istifadəçilər öz izləyicilərini hesab parametrlərindən gizlətmək seçimini aktivləşdirə və ya söndürə biləcəklər. /Haber Global/