Kişi gecə dalaşdığı arvadını səhər öldürdü
    • 24-05-2024, 22:38
    • 231

Kişi gecə dalaşdığı arvadını səhər öldürdü

Türkiyədə 71 yaşlı kişi arvadını öldürüb.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Ərzurum şəhərinin Palanöken qəsəbəsində baş verib. 2 ildir aralarında problemlər davam edən Halil və Hangül Ciğerli gecə saatlarında mübahisə ediblər.

Səhər yuxudan oyanan Halil Ciğerli 73 yaşlı arvadının yatdığı otağa gedərək tapançadan başına 2 dəfə atəş açıb. Daha sonra polisə zəng edərək qətl törətdiyini deyib və təslim olub.

Hadisə yerinə gələn polislər yaşlı kişini ifadəsi alınması üçün idarəyə aparıblar.