71 yaşlı kişi arvadını öldürdü
    • 24-05-2024, 22:20
    • 207

71 yaşlı kişi arvadını öldürdü

Ərzurumda Halil C. (71) həyat yoldaşı Hamgül C.-ni (73) evində tapança ilə öldürüb.

News24.az xəbər verir ki, səhər saatlarında meydana gələn hadisənin ardından Halil C. məhəllədəki bir çayxanada polis qruplarını axtararaq təslim olub.

Hadisə yerinə çoxlu sayda polis və həkim briqadası göndərilib.

Müayinələrdən sonra qadının cəsədi təcili yardımla Ərzurum Şəhər Xəstəxanası meyitxanasına aparılıb.

Günel Məlikzadə