Azyaşlı övladı ilə itkin düşən ana tapıldı
    • 25-05-2024, 19:20
    • 195

Azyaşlı övladı ilə itkin düşən ana tapıldı

Bölgələrdə itkin düşənlər tapılıb.

News24.az xəbər verir ki, bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 30-da Kürdəmir rayonunda itkin düşmüş 23 yaşlı qız, mayın 14-də Bərdə rayonunda azyaşlı övladı ilə birgə itkin düşmüş 31 yaşlı qadın tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.