-
- 25-05-2024, 20:00
- 395
Su pərisi formasında uşaq doğuldu - Həkimlər ŞOKDA
Tanzaniyada qadın su pərisi sindromu adlanan nadir anomaliya olan sirenomeliya ilə uşaq dünyaya gətirib. Körpənin ayaqları tamamilə birləşərək “su pərisi quyruğu” əmələ gətirir.
News24.az Lent.az-a istinadən bildirir ki, həkimlər hadisə ilə bağlı hesabatı bu ilin yanvarında alsalar da, məlumatı indi açıqlayıblar. Körpənin çəkisi 2,1 kq olub. O, qeysəriyyə əməliyyatı ilə 22 yaşlı qaradərili ananın hamiləliyin 37-ci həftəsində dünyaya gəlib.
Uşaq cəmi bir neçə dəqiqə yaşayıb. Birləşmiş ayaqları ilə yanaşı, dodaq yarığı və bir çox başqa patologiyalar da olub. Onun cinsiyyətini müəyyən edə bilməyiblər. Ailə ətraflı araşdırmaya icazə verməyib.
Hamiləlik dövründə ana yalnız iki dəfə həkimlərə müraciət edib. O, infeksiyalar üçün yoxlanılmayıb və ya ultrasəs müayinəsindən keçməyib. Onun heç bir xəstəlikdən əziyyət çəkmədiyi, İİV və sifilis testlərinin mənfi olduğu, həmçinin uşağın atası ilə yaxın qohum olmadığı məlum olub.
Həkimlər qeyd edirlər ki, gənc qadın fermada işlədiyi üçün mütəmadi olaraq gübrələrdən istifadə edib. Bu, körpəni zərərli toksinlərə məruz qoya bilər. Ancaq bu sadəcə bir ehtimaldır. Su pərisi sindromu olduqca nadir bir hadisədir və bu anomaliyaya nəyin səbəb olduğu bilinmir.
Bu sindromu olan ən məşhur uşaqlardan biri Perudan olan Milaqros Cerron olub. O, 2004-cü ildə ayaqları və bir böyrəyi birləşərək doğulub. Ayaqlarını ayırmaq üçün əməliyyat olunsa da, 2019-cu ildə 15 yaşında böyrək transplantasiyasına qədər ölüb.