"Çelsi" Poçettinonun yerinə onu gətirir
    • 25-05-2024, 20:05
    • 319

"Çelsi" Poçettinonun yerinə onu gətirir

“Brayton”un baş məşqçisi Roberto De Zerbi “Çelsi”yə rəhbərlik edə bilər.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Mənbənin sözlərinə görə, London klubunun rəhbərliyi 44 yaşlı italiyalı mütəxəssisi Maurisio Poçettinonun qovulmasından sonra boş qalan baş məşqçi postuna dəvəti etmək istəyir.

De Zerbi mövsümün sonunda "Brayton"dan ayrılacağını açıqlayıb.