160 minə özünü dondurtdu
    • 27-05-2024, 10:16
    • 220

160 minə özünü dondurtdu

Avstraliyadakı Southern Cryonics şirkəti 80 yaşlarında bir kişini müvəffəqiyyətlə dondurduqlarını açıqlayıb.

News24.az xəbər verir ki, şirkətin sahibi Filip Rhoades bu prosesin çox gərgin keçdiyini, müxtəlif günlərdə edilməli olan bir sıra prosedurların olduğunu, düzgün hazırlanmasa, çox şeyin səhv gedə biləcəyini bildirib.

Mayın 12-də dünyasını dəyişən, lakin adı açıqlanmayan 80 yaşlarında olan kişiyə 'dondurma' əməliyyatının aparıldığı açıqlansa da, prosesin ölümündən dərhal sonra başladığı bildirilib.

Qocanın cəsədi xəstəxananın soyuq otağına aparılaraq buzla doldurularaq Dəfn İşləri Müdirliyinə aparılıb. Mütəxəssislər qocanın cansız bədənindəki hüceyrələri qorumaq üçün maye vurublar. Sonra quru buzla örtülüb və mənfi 80 dərəcə Selsiyə yerləşdirilib.

Mənfi 200 ° C temperaturda saxlanılır

Bu prosedurlardan sonra kişinin cəsədi Southern Cryonics-in Holbrook obyektinə gətirilib və vakuum saxlama kamerası kimi xidmət edən xüsusi çənə yerləşdirilməzdən əvvəl onun temperaturu mənfi 200 dərəcə Selsiyə endirilib.

Həyata qayıtma ehtimalının qiyməti isə 160 min dollardır

ABC News xəbər verir ki, bu 10 saatlıq proses həmin şəxsin reanimasiya şansını təmin etmək üçün həyata keçirilir.

Qeyd edək ki, Southern Cryonics bu əməliyyat üçün ilk müştərisindən təxminən 160.000 dollar alıb.

Günel Məlikzadə