Lavrov Talibanı Əfqanıstanda real güc adlandırdı
    • 27-05-2024, 16:38
    • 191

Lavrov Talibanı Əfqanıstanda real güc adlandırdı

Taliban hərəkatı (Rusiya Federasiyasında qadağandır) Əfqanıstanda real gücdür və Rusiya Federasiyası da buna biganə deyil. 

News24.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

"Onlar Əfqanıstana biganə deyil" deyən nazir Talibanın terror təşkilatları siyahısından çıxarılması təşəbbüsünü də şərh edib.

“Bizim müttəfiqlərimiz, xüsusən də Mərkəzi Asiyadakı ölkələr buna biganə deyil”, - Lavrov əlavə edib. Onun sözlərinə görə, bu təşəbbüs “reallıq haqqında məlumatlılığı əks etdirir”.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri “BMT Təhlükəsizlik Şurasının Talibanı terror təşkilatı kimi tanımadığına” da diqqət çəkib. “Terrorçular siyahısında 12-15 konkret personaj var”, - Lavrov aydınlıq gətirib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov TASS-a bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Rusiya prezidenti Vladimir Putinə hesabat verib ki, “Taliban” hərəkatı qadağan olunmuş təşkilatlar siyahısından çıxarıla bilər. 

O, həmçinin bildirib ki, Rusiya Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək üçün Talibana dəvət göndərib.

Günel Məlikzadə