-
- 10-05-2019, 17:59
- 801
İcra başçısı şəhid xanımının iddialarına cavab verdi
Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Asif Ağayev rayonun Türklər kəndinin sakini, Xocalının müdafiəsində şəhid olmuş polis əməkdaşı Abdulla Həmzəyevin həyat yoldaşı Mehriban Bəkirovanın qəbula buraxılmaması ilə bağlı məsələyə münasibət bildirib.
News24.az-in Reporta istinadla xəbər verir ki, icra başçısı həmin vətəndaşın müraciətindən xəbərsiz olduğunu bildirib və bununla bağlı araşdırma aparılacağını deyib: "Ümumiyyətlə, hər həftənin üçüncü günü Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında, hər həftənin ikinci günü isə kəndlərdə səyyar qəbullar keçirirəm. Bütün vətəndaşlar şəxsən mənə müraciət edirlər və onlara köməklik göstərilir. Həmin vətəndaşın müraciəti ilə bağlı mənim məlumatım yoxdur və bununla bağlı araşdırma aparılacaq. Bu barədə mənə məlumat verməyiblər. Heç kimə qəbulda iştirak etməklə bağlı məhdudiyyət qoyulmayıb .Əsasən Prezident İlham Əliyevin tapşırığı ilə aztəminatlı, şəhid və Qarabağ veteranlarının ailələrinə xüsusi diqqət göstərilir".
Qeyd edək ki, jurnalist Kərim Kərimli facebook-da M.Bəkirovanın müraciətini yayıb. İddiaya görə, M.Bəkirova qəbul günü icra başçısının qəbuluna gedib: "Qəbul günü olsa da, onu sizin yanınıza buraxmayıblar, ona "deyiblər" ki, sənin şəhid olmuş həyat yoldaşın Xocalıda əvvəlcədən növbəyə yazılıb, nömrə götürüb, gedib evində oturub şəhid olmaq üçün növbə gözləyib və növbəsi çatanda da şəhid olub. Ona görə də sən də indi burada əvvəlcə növbəyə yazılmalı, müvafiq nömrə götürməli və gedib gözləməlisən. Tez-tez bizimlə əlaqə saxlamalısan. Nə vaxt, hansı qəbul günü növbən çatsa, onda da səni başçının qəbuluna buraxarıq".