Tanınmış aktyorların alim atası dünyasını dəyişdi
    • 28-05-2024, 09:49
    • 245

Tanınmış aktyorların alim atası dünyasını dəyişdi

Tanınmış alim, memarlıq üzrə fəlsəfə doktoru Şənər Rzayev vəfat edib.

News24.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun ailəsindən məlumat verilib.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Şənər Niyazi oğlu Rzayev 1952-ci ildə anadan olub. O, Azərbaycan Memarlar İttifaqının üzvü idi. 

Tanınmış alim həmçinin aktyor və ssenarist Fərid və Orxan Rzayev qardaşlarının atasıdır.