Azərbaycanda tanınmış professor vəfat etdi - FOTO
    • 23-10-2023, 17:37
    • 141

Azərbaycanda tanınmış professor vəfat etdi - FOTO

Azərbaycanlı lüğətşünas alim, ingilis dili mütəxəssisi, filologiya elmləri doktoru, professor Oruc Musayev vəfat edib.

News24.az xəbər verir ki,  bu barədə İqtisadiyyat.az-a mərhum alimin ailəsindən məlumat verilib.

Bildirilib ki, alim bu gün bir neçə saat əvvəl 94 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, O.Musayev 1929-cu ildə indiki Şəmkir rayonunun Dəlləkli kəndində kəndli ailəsində anadan olub. O, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Hind-Avropa dilləri şöbəsinin müdiri idi.