Toya hazırlaşan cütlük faciəvi şəkildə öldü
    • 28-05-2024, 10:09
    • 272

Toya hazırlaşan cütlük faciəvi şəkildə öldü

Türkiyənin Burdur vilayətin ağır yol qəzası olub. 

News24.az Lent.az-a istinadən bildirir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

Burdur-Fethiye magistralında baş verən qəzada yük maşını ilə minik avtomobili toqquşub. 

Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. 

Həyatını itirən cütlüyün axşam saatlarında keçiriləcək nişan mərasimi üçün alış-verişdən qayıtdıqları bildirilib.