Britni Spirs qarət edildi: Bütün zinət əşyalarını aparıblar
    • 28-05-2024, 10:29
    • 205

Britni Spirs qarət edildi: Bütün zinət əşyalarını aparıblar

Müğənni Britni Spirs qarət edildiyini bildirib.

News24.az Qaynarinfo-ya istinadla xəbər verir ki, müğənni bu barədə "Instagram"da məlumat verib. 

Sənətçi bütün zinət əşyalarının oğurlandığını bildirdiyi video yayımlayıb. Britni Spirs əşyalarını saxladığı boş qutusunu nümayiş etdirib.

"Bəziləri (zinət əşyaları) mənim üçün xüsusi olaraq hazırlanmışdı. 4 yaşımdan taxdığım xaç da aparılıb", deyə Spirs bildirib.

Müğənni oğurluğun təfərrüatlarını açıqlamasa da, qorxduğunu etiraf edib. Sənətçinin sözlərinə görə, indi o, ancaq ucuz aksesuarlar alacaq.