Britni Spirs psixiatriya klinikasına yerləşdirilib
    • 4-04-2019, 10:44
    • 1 448

Britni Spirs psixiatriya klinikasına yerləşdirilib

Amerikanın dünyaca məşhur 37 yaşlı müğənni-rəqqasə və kinoaktrisası Britni Spirs ciddi olaraq təcili psixoloq yardımına ehtiyac duyub.

News24.az
xarici mediaya istinadən bildirir ki, pop ulduz atasının ağır xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən də psixologiyasında pozğunluqlar yaranıb. 

Ağır dönəm yaşayan Spirs psixiatriya klinikasına yerləşdirilib. 

Deyilənə görə müğənni artıq 1 həftədir ki, klinikada müalicə alır və bu, 1 ay davam edəcək.