Britni Spirs boşanma xəbərindən DANIŞDI
    • 19-08-2023, 18:08
    • 241

Britni Spirs boşanma xəbərindən DANIŞDI

Məşhur amerikalı pop müğənni Britni Spirs həyat yoldaşı Sam Asqaridən boşanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

News24.az xəbər verir ki, sənətçi bu barədə İnstaqramda yazıb. 

"Sam və mən artıq birlikdə deyilik. Niyə ayrıldığımızı izah etmək üçün bu haqda yazmıram çünki bu heç kimin işi deyil! Yalnız onu deyə bilərəm ki, daha bu ağrıya dözə bilmədim”, - deyə müğənni yazıb.

Spirs ona dəstək mesajları göndərən pərəstişkarlarına da təşəkkür edib.

Qeyd edək ki, Spirs və Asqarinin boşanmaq qərarına gəlməsi avqustun 17-də məlum olub.  
Günəş Mərd