"Anam bunu bağışlaya bilmədi"
    • 28-05-2024, 10:46
    • 2 081

"Anam bunu bağışlaya bilmədi"

Xalq artisti Həmidə Ömərova açıqlamasıyla diqqət çəkib.

News24.az olay-a istinadən bildirir ki, aktrisa valideynlərindən və atasının Fransaya göndərilməyindən danışıb. O, bu barədə "Həftənin qonağı" proqramında söz açıb.

"Atam anama demişdi ki, hazırlaş, mən də sənədlərimi hazırlayıram, məni Fransaya iki illik təcrübəyə göndərirlər. Nabat nənəm deyib ki, sən böyük oğlumsan, o biri oğlum da sənə baxır. Kim saxlayacaq? Atam da demişdi, yox, Nəsibəyə söz vermişəm, biz getməliyik. Sonra nənəm özünü yandırmaq istəyirdi, atam getmədi. Anam bunu bağışlaya bilmədi. Onların yerinə başqa ər-arvad getdi. Onda mən gərək Fransada doğulaydım", - deyə, o, söyləyib.