Sevda atasının həbsindən DANIŞDI - VİDEO
    • 12-11-2019, 16:55
    • 1 763

Sevda atasının həbsindən DANIŞDI - VİDEO

"Atam həbsxanadan çıxandan sonra bəraət aldı və ondan üzr istədilər. Amma insanın həyatından artıq iki il yarımı getdi. Özü də mənim atam kimi ziyalı, azadlığı çox sevən insan üçün bu çox çətin idi".

News24.az bildirir ki, bu sözləri Əməkdar artisti Sevda Ələkbərzadə "Faydalı saat" verilişində deyib. O, atasının həbsindən danışıb: "Atam həbsdən sonra çox dəyişildi. Əvvəl ilə sonrakı atam fərqli-fərqli insanlar idi. Əsəbləri tamamilə pozulmuşdu. Ümumiyyətlə, atam çox gülərüz, insanları sevən, onlarla gözəl təmasda olan insan idi, amma həbsdən sonra əvvəlki Çingiz Ələkbərzadə deyildi. Amma düşünürəm ki, onun fəryadı insanlara çatdı".

Sevda Bayramova