Xalq artisti toyuna bir gün qalmış qaçdığını etiraf etdi
    • 21-10-2021, 13:39
    • 1 210

Xalq artisti toyuna bir gün qalmış qaçdığını etiraf etdi

Xalq artisti Gülyanaq Məmmədova ATV-də yayımlanan “Bir dəqiqə” verilişində qonaq olub.

News24.az Olay-a istinadən xəbər verir ki, proqram zamanı onun toyuna bir gün evlənməmək üçün qaçdığı bildirilib. Sənətçi özü də bunu etiraf edib:

“Hadisə 1992-ci ildə olub, keçib. Anam o vaxt çox əziyyət çəkdi. Bu o demək deyil ki, mən dayım oğlunu qoyub qaçmışam. Bu gün yenə də doğmalarımdılar. Həmin dayım oğlunun həyat yoldaşını da salamlayıram. Dayım oğlu mənim qardaşımdır. Bir il nişanlı olmuşam. Arzularımın dalınca qaçmışam. O zaman dayım oğlu məni sevirdi, mən də onu dayım oğlu kimi sevirdim. Çox əzabla qaçdım - anam üçün ağlaya-ağlaya qaçdım, atamın, nənəmin qəlbini qırdım. Bir həftə sonra üzə çıxdım, məktəbə qəbul oldum, artıq Gülyanaq oldum, arzularıma çatdım. Atam arxamca gəlib apardı. Atam gəldi dalımca, dedi ki, biz böyüklərin də səhvi olur, gərək sizi başa düşəydik”.