Çelsinin yeni baş məşqçisi açıqlandı
    • 28-05-2024, 23:20
    • 238

Çelsinin yeni baş məşqçisi açıqlandı

İngiltərə Premyer Liqasında çıxış edən "Çelsi"də baş məşqçi axtarışları başa çatıb. Fabrizio Romanonun xəbərinə görə, İngiltərə komandası "Lester Siti" ilə çempionluq qazanan Enzo Mareskanı heyətinə qatıb. "Çelsi"nin Mareska ilə 5+1 illik müqavilə imzalayacağı bildirilib.

News24.az xəbər verir ki, 44 yaşlı çalışdırıcı 97 xalla "Lester"i çempion edib və komandasının Premyer Liqaya yüksəlməsində aparıcı rol oynayıb.

“Askoli”, “Sevilya”, “Vest Hem” və “Mançester Siti” klublarında məşqçi işləyən italyan futbolçu Vinçenso Montella, Manuel Pelleqrini və Pep Qvardiolanın köməkçisi olub.

Ötən mövsüm Lesister Siti komandasının baş məşqçisi olan Mareska eyni vəzifədə Parma və Mançester Siti U23 komandalarında da çalışıb.

Günel Məlikzadə