Mükafatlara doymayan Klopp
    • 15-08-2020, 16:00
    • 1 477

Mükafatlara doymayan Klopp

İngiltərə Premyer Liqasında çıxış edən “Liverpul”un almaniyalı baş məşqçisi Yurgen Klopp PL-də 2019-2020 mövsümünün ən yaxşı məşqçisi mükafatını qazanıb.

News24.az xəbər verir ki, mükafatın yeni sahibi azarkeşlər və futbol mütəxəssislərindən ibarət münsiflərin səsləri ilə müəyyənləşdirilib.

“Çelsi”dən Frank Lampard, “Lester Siti”dən şimali irlandiyalı Brendan Rodgers və “Şeffild Yunayted”dən ingiltərəli Kris Vilderi məğlub edən 53 yaşlı Klopp mükafatı qazanan ilk alman məşqçi olub.

Qeyd edək ki, Kloppun rəhbərliyi “Liverpul” 30 il sonra 99 xal toplayaraq, çempionluğa yüksəlib.