-
- 28-05-2024, 17:18
- 265
Suya düşən liderdən baş nazirə ismarıc
Liberal Demokratlar Partiyasının lideri, 58 yaşlı Ed Davey, ümumi seçki kampaniyası turu çərçivəsində yerli namizəd və partiyanın keçmiş lideri Tim Farronla birlikdə Leyk dairəsinə səfər edib.
News24.az xəbər verir ki, bölgədəki seçki kampaniyası fəaliyyətlərinə sörf etməyə fasilə verən Davey lövhədə tarazlığını saxlaya bilməyəndə soyuq suya düşməkdən qaça bilməyib.
İki dəfə suya düşən lider sosial şəbəkədə suya düşən fotosunu paylaşaraq "Yenə də Rişi Sunak qədər islanmadım" deyərək İngiltərə baş nazirini hədəf alıb.
Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak gözlənilməz bir addımla İngiltərədə seçkilərin iyulun 4-də keçiriləcəyini açıqlayıb. Sunak deyib ki, indi millət üçün sual "Kimə güvənirsiniz?" Sualın belə olduğunu vurğulayaraq:
"İndi İngiltərənin gələcəyini seçmək vaxtıdır. Əldə etdiyimiz tərəqqi üzərində qurmaq, yoxsa plansız və əminlik olmadan birinci yerə qayıtmaq istəməyimizə qərar vermək vaxtıdır. Bu gün səhər saatlarında Kralla görüşdüm. İngiltərə və parlamentin buraxılmasını tələb edən Kral bu tələbi qəbul etdi və 4 iyulda ümumi seçkilərə gedəcəyik".
Günel Məlikzadə