Böyük Britaniyanın Baş naziri: "Maaşları artırmağı çox istərdim, amma OLMAZ
    • 3-02-2023, 10:43
    • 313

Böyük Britaniyanın Baş naziri: "Maaşları artırmağı çox istərdim, amma OLMAZ

100 gündür vəzifədə olan İngiltərə baş naziri Rişi Sunak maaş artımı tələbi ilə tətilə çıxan tibb bacılarının əməkhaqqında dəyişiklik olmayacağını bildirib. 

News24.az xəbər verir ki, Rişi Sunak tibb bacılarının əməhaqqında artım etmək istədiyini, lakin gəlirlərin səhiyyənin digər sahələrinə verilməli olduğunu deyib.

Baş nazir həmçinin inflyasiyanın qarşısını almaq üçün sabit qalmağın düzgün yol olduğunu qeyd edib.