NATO-nun baş katibi Zelenski ilə görüşdən imtina etdi
    • 28-05-2024, 18:00
    • 132

NATO-nun baş katibi Zelenski ilə görüşdən imtina etdi

NATO-nun baş katibi Yens Stoltenberq hazırda Brüsseldə səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək fikrində olmadığını bildirib. 

News24.az xəbər verir ki, bu barədə jurnalistlərə alyansın rəhbəri məlumat verib.

"Xeyr, mən onunla görüşməyəcəyəm, biz yaxınlarda Kiyevdə görüşmüşük",- deyəo bildirib.

Qeyd edək ki, Zelenski ikitərəfli təhlükəsizlik sazişi imzalamaq üçün bir gün əvvəl Brüsselə gəlib. Bu sənədin bir hissəsi olaraq Belçika 2028-ci ilə qədər Ukraynaya 30 F-16 qırıcısı təhvil verməyi vəd etdi, ilk partiya bu ilin sonunda gələ bilər.

Mehriban Mirzəzadə