Çimərlikdə 3 uşağı ildırım vurdu
    • 29-05-2024, 09:39
    • 216

Çimərlikdə 3 uşağı ildırım vurdu

ABŞ-ın Puerto-Riko ştatının İzabela sahil şəhərində yerləşən Montones de Isabela çimərliyində üç uşağı ildırım vurub.

News24.az xəbər verir ki, səlahiyyətlilər uşaqların yaşlarının 7, 10 və 12 olduğunu, onların Aguadilladakı Good Samaritan Xəstəxanasına aparıldıqlarını bildirib.

Səlahiyyətlilər 7 yaşlı uşağın ayaqlarını hiss etmədiyini, lakin vəziyyətinin stabil olduğunu, 12 yaşlı uşağın vəziyyətinin ağır olduğunu bildirib.

Ətrafdakıların lentə aldığı görüntülərdə uşaqların ildırım vurması nəticəsində yıxıldığı və təcili yardım gələnə qədər ətrafdakıların uşaqlara ilkin tibbi yardım göstərdiyi görülüb.

Günel Məlikzadə