"Hess" "Chevron" ilə birləşməyə razıdır
    • 29-05-2024, 11:08
    • 280

"Hess" "Chevron" ilə birləşməyə razıdır

Neft və qaz kəşfiyyatı, hasilatı şirkəti Hess-in verdiyi açıqlamada bildirilib ki, bu gün keçirilən növbədənkənar iclasda şirkətin səhmdarlarının əksəriyyəti birləşmə müqaviləsinin qəbuluna səs verib.

News24.az xəbər verir ki, iclasda səsə qoyulan təkliflərin yekun nəticələrinin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim ediləcəyi, birləşmə ilə əlaqədar Chevron səhmdarlarının təsdiqinə ehtiyac olmadığı bildirilib.

Açıqlamada birləşmənin tamamlanmasının müvafiq qanunvericiliyə tabe olaraq davam edəcəyi, Chevron və Hess-in birləşməni ən qısa zamanda başa çatdırmaq üçün çalışdığı vurğulanıb.

Xatırldaq ki, ABŞ-ın enerji şirkəti Chevron 2023-cü ilin oktyabrında Hess-i 53 milyard dollara almaq barədə razılığa gəldiyini açıqlayıb.

Şirkət, birləşmənin portfelini şaxələndirməsini və cari beş illik gözləntisindən daha sürətli pul axını artıracağını gözlədiyini bildirib.

Onu da qeyd edək ki, Chevron və Hess-in birləşməsi ilin birinci yarısında başa çatdırılması planlaşdırılıb, lakin ABŞ-ın digər enerji nəhəngi Exxon Mobil prosesi arbitraj məhkəməsinə verdikdə razılaşma pozulub. Exxon arbitrajda üstün olarsa, müqavilə ləğv ediləcək.

Günel Məlikzadə