Dövmə hansı təhlükəli xəstəliyinin inkişaf riskini artırır?
    • 29-05-2024, 19:00
    • 274

Dövmə hansı təhlükəli xəstəliyinin inkişaf riskini artırır?

İsveçdən olan həkimlər qrupu döymələrin bədxassəli limfomaların inkişafına necə təsir etdiyini öyrənib.

News24.az medianews.az-a istinad edərək xəbər verir ki, Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinə görə, döymə mürəkkəbində aşkar edilən çoxlu sayda kimyəvi maddə kanserogen kimi təsnif edilir.

“Hər hansı bir antigen dəri baryerini pozduqda, yerli immun reaksiya antigenin hüceyrə vasitəsi ilə limfa düyünlərinə köçürülməsini nəzərdə tutur, buradan sistemli immun reaksiya başlayır. Tatu mürəkkəbinin hərəkəti olduqca təsirli görünür: təxmin edilir ki, vurulan piqmentin 32%-i altı həftədən sonra yerdəyişmə edir və 99%-ə qədəri zamanla hərəkət edə bilir”, – İsveç həkimləri qeyd ediblər.

Onlar insanlarda döymələrin olması ilə bədxassəli lenfoma, eləcə də onun alt növləri arasında əlaqəni təsdiqləyiblər. Analizlərin aparılmasına səbəb dünyada belə onkopatoloji xəstələrin sayında artım olması olub. Nəzarət qrupu müvafiq yaş və cinsdən olan 8967 təsadüfi şəxsdən ibarət olub, onlar haqqında məlumat əhalinin reyestrində əksini tapıb.