-
- 3-04-2024, 20:45
- 591
Ən çox görülən xərçəng növləri
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, "bədxassəli şiş" və ya "ur" olaraq da adlandırılan xərçəng, dünyada ən çox görülən 2-ci ölüm səbəbi olaraq önə çıxır.
News24.az xəbər verir ki, 200-dən çox xərçəng növü məlumdur.
Ağciyər, döş, dəri, prostat vəzi, mədə, yoğun bağırsaq, uşaqlıq boynu və limfa düyünlərinin şişləri ən çox rast gəlinən xərçəng növlərindəndir.
Qeyd edək ki, genetik meyllə yanaşı, siqaret, spirt istifadəsi, sıx günəş işığına məruz qalma, radiasiya, kanserogen adlanan bəzi kimyəvi maddələr, bəzi viruslar, pis qidalanma vərdişləri və hava çirkliliyi kimi xarici amillərin də xərçəngə səbəb olduğu bilinir.
Günel Məlikzadə